AZ

“Onlar məni partiyadan çıxara bilməzlər” - Mütəllim Rəhimlidən AÇIQLAMA

 Xəbər verdiyimiz kimi, Ədalət Partiyasından daxil olan məlumata görə, 26.04.2025-ci il tarixində Ədalət partiyasının Ali Məclisinin növbəti açıq iclası keçirilib.

Partiya sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin sədri Meydan Babayev iclasda yetərsayın olduğunu bildirib. Yığıncaqda partiyanın növbəti qurultayının təyin edildiyi, həmçinin, Mütəllim Rəhimlinin partiya üzvlüyündən çıxarılması barədə qərar qəbul olunduğu qeyd edilib.

Məsələ ilə bağlı Mütəllim Rəhimli də “AzPolitika”-ya öz mövqeyini açıqlayıb: “Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında da qərar verib və bütün səlahiyyətlər o vaxtdan Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir. Üstəlik, həmin toplantıda nəinki Ali Məclis üzvləri, heç partiya üzvləri iştirak etməyiblər.

Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Həyatımı bu partiyanın qurulmasına həsr etmişəm. Bunlar məni üzvülükdən çıxara bilməzlər. 

Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir. Mayın 17-də Ədalət Partiyasının növbəti IX Qurultayı olacaq”.

“AzPolitika.info” 

 

Seçilən
13
turanpress.com

1Mənbələr