AZ

Orbandan Avropaya sərt tənqid: "Bu tamamilə cəfəngiyyatdır!"

Aprelin 28-də mətbuat konfransında Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) 2027-ci ilə qədər Rusiyadan enerji idxalından imtina ehtimalı ilə bağlı bəyanatlarını cəfəngiyyat adlandırıb.

"2027-ci ildə Aİ Rusiyadan enerji idxalından tamamilə imtina etmək istəyir. Bu tamamilə cəfəngiyyatdır! Bu, yalnız qiymətlərin daha da artmasına və Avropanın sənaye potensialının rəqabət qabiliyyətinin daha da azalmasına səbəb olacaq", - Orban deyib.

Bundan əlavə, o, həmçinin qeyd edib ki, Aİ üçün ən böyük təhlükə onun öz rəyi olmayan hökumətlərin daxil olmasıdır.

Seçilən
9
aznews.az

1Mənbələr