AZ

Rusiyanın titullu taekvondoçusu beynəlxalq yarışlardan imtina etdi

BAKI. 28 aprel. TELEQRAF

Rusiyalı taekvondoçu Maksim Xramtsov beynəlxalq turnirlərdə neytral statusla mübarizədən imtina edib.

Teleqraf-ın məlumatına görə, 27 yaşlı idmançı bunu absurt və qeyri-ədalətli situasiya adlandırıb.

"Bugünkü mövqeyim belədir: beynəlxalq arenada neytral bayraq altında çıxış etməyəcəyəm", - deyə Xramtsov bildirib. Onun sözlərinə görə, belə şərtlərlə mübarizə məsuliyyəti bölüşməsinə və öz ölkəsinin dəstəyini hiss etməsinə imkan vermir.

Qeyd edək ki, Maksim Xramtsov 2017-ci ildə 74 kq çəki dərəcəsində dünya çempionu olub. O, 2018 və 2021-ci illərdə Avropa çempionluğunu və Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medalı 80 kq çəkidə qazanıb.

2023-cü ilin martında Beynəlxalq Olimpiya Komitəsi Ukrayna ilə müharibəyə rəsmən dəstək verməyən və hərbi strukturlarla əlaqəsi olmayan rusiyalı idmançıları yarışlara buraxmağı federiyalara tövsiyə edib.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr