ABŞ Maliyyə Nazirliyi “Ənsar Allah” (Husi) qruplaşması ilə əlaqəyə görə üç gəmi və onların sahiblərinə sanksiya tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Bu tədbirlər Husilərin bölgədə sabitliyi pozan amil kimi xidmət edən hücumlar həyata keçirmək səylərini pozmaq öhdəliyimizi vurğulayır”, – Maliyyə Nazirliyindən bildiriblər.
Nazirlik həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar Husilərə kömək etməyə davam edən hər kəsi bütün vasitələrlə cəzalandırmaqda davam edəcək.