İsrail hakimiyyəti sülh nizamlanması çərçivəsində Qəzza zolağında beş il ərzində hərbi əməliyyatları dayandırmaqdan imtina edib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti mənbəyə istinadən məlumat yayıb.
“Jurnalistlərə məlumat verən siyasi mənbə bütün girovların azad edilməsi müqabilində 5 illik atəşkəs təklifini rəsmən rədd edib”, – bəyanatda deyilir.
Mülki əhalinin azad edilməsi müqabilində döyüşlərin dayandırılması təşəbbüsü Fələstinin Həmas hərəkatı tərəfindən irəli sürülüb, onun nümayəndəsi aprelin 26-da bildirib.