Bakı. Trend:
Mətbuat Şurasında “Bizim Yol” media qurumunun təsisçisi və başdirektoru, Əməkdar jurnalist, publisist-yazıçı Bahəddin Həzinin 60illik yubileyi və yaradıcılığının 35-ci ili münasibətilə tədbirkeçirilib.
Trend xəbərverir ki, tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, millətvəkilləri, yazıçılar, mətbuat və ictimaiyyət nümayəndələri iştirakediblər.
Çıxış edənlər B.Həzinin həyat və yaradıcılıq yolundan bəhsedərək onun Azərbaycan mətbuatının formalaşması və inkişafındagördüyü işlərdən söz açıblar. Tədbir iştirakçıları həmçinin,müəllifin yazılarının öz unikallığı ilə seçildiyini diqqətəçatdırıblar.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, B.Həzi əməyi,fəaliyyəti ilə gənclərə nümunə və stimuldur:
“Azərbaycan müstəqillik əldə etdiyi illərdə jurnalistikamızayeni, fərqli, istedadlı bir nəsil gəldi. Onlar həm Azərbaycanınmüstəqillik yolunda ilk addımlarını görürdülər, jurnalistikayasevgi, ideya kimi baxırdılar. Bu nəsil 30 ildən artıq mətbuatdaçalışdı və o dövrdə olan problemləri, çətinlikləri yaşadı. Oinsanlardan biri mətbuatda uzun illər fəaliyyət göstərmiş, əməkdarjurnalist B.Həzinin bu gün 60 yaşı tamam olur. B.Həzi Azərbaycanjurnalistləri içərisində öz peşəkarlığı ilə seçilənnümayəndələrdəndir. Azərbaycan mətbuatının keçdiyi yolu özhəyatında əks etdirən insanlardan biridir. Belə jurnalistlər həm dəgənc nəsildə stimul yaradır”.
MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədov çıxışındaB.Həzinin əməyinin cəmiyyətdə yüksək qiymətləndirildiyini diqqətəçatdırıb:
“Çox az sayda jurnalist var ki, onun bioqrafiyası elə Azərbaycanmətbuatının bir salnaməsidir. Azərbaycanın bu 30 il ərzində keçdiyiinkişaf yolu, ziddiyyətlər, qalibiyyətlər, problemlər konkretinsanların həyat yolunda və xarakterində öz əksini tapıb. B.Həzininpublisistikasına diqqət yetirsək, görərik ki, Azərbaycan, onunjurnalisti hansı mərhələləri adlayaraq bu dövrə gəlib çatıb.Jurnalistin əməyinə verilən ən böyük qiymət oxucuları, ictimaiyyətvə onu sevənlərin verdiyi qiymətdir. Bu tədbirdəki izdihamB.Həzinin toxunduğu mövzuların ictimai çəkisi və şəxsiyyətininmahiyyətini ifadə edir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı nəzərəçatdırıb ki, B.Həzi çox səmimi insan, gözəl publisistdir. O, xeyliməşəqqətli yollar keçib və yenə də öz kimliyini, duruşunuitirməyib.
“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri ArifƏliyevin sözlərinə görə, B.Həzi nadir insanlardandır ki, istedadıilə təvazökarlığı üst-üstə düşür. Lakin gördüyü işlərlə hər zamanön sıralarda olmağı bacarıb. A.Əliyev yubilyarın imzasının çıxdığıilk çap nümunələrini tədbir iştirakçılarının diqqətinəçatdırıb.
Bahəddin Həzi çıxışında onun yubiley tədbirinə toplaşan şəxslərəminnətdarlığını bildirib və yeni kitabının müjdəsini verib:
“Çox gözəl ziyalılarımız, dostlarımız, yaradıcı insanlar buradaiştirak etdilər. Bu hələ dostlarımızın çox az qismidir. Ürəyimizəhər kəsi sığışdıra bilərik, amma zala sığışdıra bilmirik. Buradaiştirak edən, etməyən hər kəsə minnətdaram. Bu mənim üçün çox böyükyaradıcılıq motivasiyası oldu. Düşünürəm ki, bundan sonra da yazıbyaratmaq lazımdır. Yaradıcı sənətin yaşı yoxdur. Bəlkə də, birtəsəllidir ki, 60 yaş böyük rəqəm deyil. Əsl yazmaq elə bundansonra başlayır. Son illərdə həm dərc olunan, həm dərc olunmayanyazılarımı toplamışam, nəşriyyata vermişəm, “Göy üzünün cazibəqüvvəsi” adlı ikinci kitabım çap olunacaq. O kitab oxunsa, mən dəson sözümü demiş sayılacam”.
Sonda Rəşad Məcid Bahəddin Həzini Mətbuat Şurasının diplomu ilətəltif edib.
Qeyd edək ki, Bahəddin Həzi 1965-cil aprelin 28-də Füzulirayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. O 1983-1990Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cuildə "Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. B.Həzi 2005-ciildən isə “Bizim Yol” qəzetinin baş redaktorudur. O, 2010-cu ildəPrezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxriadına layiq görülüb.