AZ

Birinci rübdə bankların kredit portfeli üzrə renkinqi - TOP 5

BAKI, 28 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında banklar arasında kredit portfelinin həcminə görə "Azərbaycan Beynəlxalq Bankı" ilk sırada yer alıb. Belə ki, ABB-nin rüb ərzində kredit portfelinin həcmi 6 milyard 468,9 milyon manat olub.

Teleqraf xəbər verir ki, kredit portfelinin həcminə görə, ilk beşlikdə ABB-dən sonra "Kapital Bank" ASC ikinci yeri tutub. Bankın dövr ərzində kredit portfeli 5 milyard 338,9 milyon manat həcmində olub. Üçüncü sırada 3 milyard 285,7 milyon manatlıq göstərici ilə "PaşaBank” ASC qərarlaşıb.

Bundan əlavə, "Xalq Bank" ASC 1 milyard 838,6 milyon manatlıq kredit həcmi ilə dördüncü, "Bank Respublika" ASC isə 1 milyard 499,9 milyon manatla beşinci sırada yer alıb.


Seçilən
4
teleqraf.com

1Mənbələr