“KOMETA-A” və “ALTİS” Məhdud Məhdud Cəmiyyətlər ləğv edildiklərini elan edərək "Azlahiyə İnşaat" Məhdud Məhdud Cəmiyyətinə (VÖEN: 7900064391) qoşulublar.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, iki müəssisənin"Azlahiyə İnşaat"Məhdud Məhdud Cəmiyyətə qoşulması nəticəsində bu qurum yenidən təşkil olunduğunu elan edib.
Beləliklə, “ALTİS” və “KOMETA-A” Məhdud Məhdud Cəmiyyətlərinin bütün hüquq və vəzifələri təhvil aktı üzrə "Azlahiyə İnşaat" MMC-yə keçib.
Qeyd edək ki, “Azlahiyə İnşaat”(VÖEN 7900064391 ) MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. 07.07.2020-ci ilə qədər şirkət “AVEY-V 2012” adını daşıyıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.
Bir çox dövlət tenderlərinin (MMC-yə Fizuli rayonunda abadlıq işləri, yolların təmiri, bölgələrdə "DOST" mərkəzlərinin tikintisi kimi böyük layihələr həvalə olunub) qalibi olmasına baxmayaraq, “Azlahiyə İnşaat” MMC-nin maddi-texniki bazası, müqavilə ilə çalışan mühəndis və işçi heyətinin sayı, dövlət qurumlarından aldığı müvafiq lisenziyalar və qanuni təmsilçilik etmiş şəxslər barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
03.02.2022-ci ildə Dövlət Vergi Xidmətinin məlumat bazasında yer alan məlumata əsasən, “Azlahiyə İnşaat” MMC-nin 898 299 manat vergi borcu olub. 2024-cü ildə bu rəqəm7 358 364.35 manata yüksəlib.
Şirkət barəsində dəfələrləİnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun protokollar tərtib edilib. Bu prtokollar arasında valyuta tənzimi qaydalarının pozulmasına görə cəza da var. Belə ki, “Azlahiyə İnşaat”ın vəzifəli şəxsləri 2 il əvvəl İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malları idxal etmədiyi və ödənilmiş valyuta vəsaitinigeri qaytarmadıqları üçün valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədəkcərimə ediliblər.