AZ

Naxçıvan yetirməsi olan iki kikboksçu Türkiyədə döyüş gecəsinin qalibi olub

Naxçıvan, 28 aprel, AZƏRTAC

İstanbulda “AKIN Fight” promouşn turniri çərçivəsində peşəkar kikboksinq gecəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvanda fəaliyyət göstərən “Levent Bulut” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribovun rəhbərliyi altında 4 kikboksçu turnirin “Alt maçlar” formatında öz qüvvəsini sınayıb. İdmançılardan 50 kiloqram çəkidə mübarizə aparan Tayfur Əliyev və 63,5 kiloqramda mübarizə aparan Əli Yasinov gecənin qalibi olublar. 48 kiloqramda mübarizə aparan Mirac Qocayev isə ikinci yerə layiq görülüb.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr