Yaponiyada ölkənin ən yaşlı sakini olan Okagi Hayashi 115 yaşında vəfat edib. O, Tokio şəhərindəki xəstəxanada, 26 aprel tarixində ürək çatışmazlığından dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, Tokio Bələdiyyə Başçısı Junji Kato şəhər sakini olan Okagi Hayashinin qəflətən vəfat etməsindən dərindən kədərləndiyini bildirib.
“Şəhərimizə ümid bəxş edən xanım Okagi Hayashinin qəflətən vəfat etməsi bizi dərindən kədərləndirdi. Mərhumun yaxınlarına başsağlığı veririk. Onun isti təbəssümü həmişə qəlbimizdə yaşayacaq,” – deyə Kato vurğulayıb.
Okagi Hayashi Yaponiyada və dünyada uzunömürlülük simvolu olaraq tanınırdı.
Aynurə İsmayıl
KONKRET.az