AZ

Nəzakət Teymurova: "Elə sənətçi var, səhv-düz oxumağın fərqində deyil" - MÜSAHİBƏ

BAKI, 28 aprel. TELEQRAF

Xalq artisti Nəzakət Teymurova Teleqraf-ın suallarını cavalandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəzakət xanım, mayın 20-də Heydər Əliyev Sarayında “Qal, sənə qurban” adlı konsert proqramınız baş tutacaq. Konsert proqramına hazırlıq necə gedir?

- Konsert proqramı “Xarı Bülbül” muğam qrupu və Bakı Kamera orkestrinin müşayəti ilə baş tutacaq. “Xarı Bülbül”lə məşqlərimiz başlayıb, Kamera orkestri ilə isə mayın1-dən 3-dək məşq edəcəyik. Qedy edim ki, Bakı Kamera orkestrinin dirijoru əməkdar artist Fuad İbrahimovdur. Repertuarımda muğamlarımız, xalq, bəstəkar və klassik musiqilərimiz yer alacaq. Bu konsertin özəlliyi ondan ibarətdir ki, Bakı Kamera orkestrinin və xalq çalğı alətlərinin müşayəti ilə olacaq.

- Konsert proqramında səhnəni hanısa həmkarınızla bölüşəcəksinizmi?

- Hələ səhnəni kiminləsə bölüşəcəyimi bilmirəm, bu haqda dəqiq qərar verməmişəm. Bütün muğam və klassik Azərbaycan musiqisini sevənləri konsertimizdə gözləyirik. Konsertimiz sənəti, muğamı başa düşən insanlar üçündür. İllərdir ki, tamaşaçılarımızın sevgisini qazanmışıq və yeni tamaşaçılarımız da var. Sənətimizin təbliğatı baxımından əlimizdən gələni edirik. İnsanlar bayağı mahnılardan yorulublar. Bu, sənətə töhfəmizdir. Bizim də əlimizdən gələn budur.

- Konsertinizə biletlərin satışı sizi qane edirmi?

- Bəli, biletlər satılır. Tamaşaçılar biletlərimizi İticket.az saytından ələ edə bilərlər. İnşallah, tamaşaçılarımızı konsert proqramında gözləyirik.

- Sənət dostlarınızı konsert proqramına qonaq qismində dəvət edəcəksinizmi?

- Hələ ki məşqlərlə məşğulam. O mərhələyə gəlməmişik. Konsert hazırlığı ilə bərabər Milli Konservatoriyada dərs keçirəm. IX Muğam Televiziya Müsabiqəsini yekunlaşdırdıq. Rayonlarımıza gedirdik. Ona görə işlərimiz çoxdur.

- Konsertqabağı həyəcan varmı?

- Həyəcan var. Həyəcan məsuliyyətdən irəli gələn bir haldır. Elə sənətçimiz var, deyir ki, məndə həyəcan olmur. Onun sənətinə yanaşma tərzi elədir. Hər bir sənətkar ifasına görə məsuliyyətli olmalıdır. Bu halı bir çox ustadlarımda görmüşəm. Elə adamlar var ki, bu mənada rahatdırlar. Onlar üçün xaric və düz oxumağın fərqi yoxdur.

Biz peşəkar oxumağa üstünlük verən ifaçılarıq. Ona görə çalışırq ki, hər şey peşəkacasına olsun. Bütün zövqlü tamaşaçıları konsertimdə gözləyirəm. Bilirlər ki, zövqlü musiqi və muğamlarımızı dinləyəcəklər.

Seçilən
4
teleqraf.com

1Mənbələr