Yaponiyada bir universitet tələbəsinin həftə ərzində iki dəfə Fuji dağından xilas edildiyi bildirilir.
KONKRET.az xəbər verir ki, aprelin 22-də Yaponiyanın ən hündür zirvəsi olan Fuji dağından vertolyotla xilas edilən tələbə, telefonunu unutduğu üçün yenidən dağa dırmaşıb.
Lakin dağa çıxarkən xəstələnən tələbə dörd gün sonra, aprelin 26-da ikinci dəfə xilas edilib.
Polisin verdiyi məlumata görə, tələbə dəniz səviyyəsindən 3000 metrdən yuxarı bir hündürlüyə qalxıb və orada xəstələnib.
Hazırda həmin tələbənin səhhəti yaxşıdır.
Aynurə İsmayıl
KONKRET.az