Vatikanda yeni papa seçkiləri mayın 7-də keçiriləcək.
KONKRET.az xəbər verir ki, Katolik Kilsəsinin yeni rəhbərini seçmək üçün Konklav mayın 7-də toplanacaq. Seçkilər Roma Papasının yerinə yeni papa müəyyənləşdirmək məqsədilə keçiriləcək.
Konklavda dünyanın müxtəlif ölkələrindən kardinal seçicilər iştirak edəcək. Yeni papa seçiləndən sonra nəticə “ağ tüstü” ilə elan olunacaq.
Aynurə İsmayıl
KONKRET.az