AZ

İspaniyanın bir neçə bölgəsində elektrik enerjisinin verilişi bərpa edilib - YENİLƏNİB


İspaniyanın bir neçə bölgəsində elektrik enerjisinin verilişi bərpa edilib.


APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.


İspaniyanın şimal, cənub və qərb hissələrində elektrik enerjisinin verilişi bərpa edilib.


17:49

İspaniyanın elektrik şəbəkəsini böyük fasilədən sonra bərpa etmək 6 ilə 10 saat arasında vaxt aparacaq.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq İspaniya və Portuqaliyada baş verən elektrik enerjisi kəsilməsi milyonlarla insanı işıqsız qoyub.


Elektrik enerjisinin kəsilməsi səbəbindən hava limanları, qatarlar, metrolar və svetoforlar fəaliyyətini dayandırıb.

Portuqaliyanın elektrik operatoru "E-Redes" yayımladığı açıqlamada hadisənin "Avropa elektrik şəbəkəsindəki problem" səbəbindən baş verdiyini bildirib.


Fransanın bəzi bölgələrində də elektrik enerjisinin kəsildiyi qeyd edilir.

Seçilən
10
6
apa.az

10Mənbələr