Yeni Roma papasını seçmək üçün konklav 7 mayda toplanacaq
Ölkə.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Məktubda bildirilir ki, tarix şənbə günü Papa Fransiskin dəfnindən sonra Vatikan daxilində qapalı qapılar arxasında keçirilən kardinal görüşü zamanı müəyyən edilib."
Nəşrin yazdığına görə, rəsmi açıqlama yaxın vaxtlarda veriləcək. Qeyd olunur ki, konklavda 80 yaşına qədər olan müxtəlif ölkələrdən 135 kardinal iştirak edə biləcək.
Bundan əlavə, "Associated Press"in verdiyi məlumata əsasən, konklav ərəfəsində Sikstin kapellası artıq ziyarətçilər üçün bağlanıb. Kapellanın hazırlanması çərçivəsində görülən əsas işlərdən biri, səsvermədən sonra bülletenlərin yandırılacağı baca sisteminin quraşdırılmasıdır.
Xatırladaq ki, Papa Fransisk 21 aprel səhəri 89 yaşında beyin insultu nəticəsində vəfat edib. Sonuncu dəfə o, 20 aprel tarixində Pasxa bayramı zamanı Müqəddəs Pyotr Bazilikasının eyvanında ictimaiyyət qarşısına çıxmışdı.
Həmidə İbrahimova