AZ

Məktəblilər Xəzər dənizinin Bilgəh sahilini tullantılardan təmizləyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.

Nazirliyin nümayəndələrinin, "LANDAU School"un müəllim və şagirdlərinin, ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində sahil zolağı 110 kq tullantıdan təmizlənib. 
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması, gənclər arasında ətraf mühitin qorunması ilə bağlı maarifləndirmənin artırılması və təmiz ətraf mühitin təşviq olunmasıdır. Ekologiya.az
Seçilən
4
ekologiya.az

1Mənbələr