Bakı. Trend:
Fiziki məhdudiyyətləri olan insanlar QHT-lərə başçılıqetməlidirlər və onun fəaliyyətinin fəal iştirakçılarınaçevrilməlidirlər.
Trend xəbər verirki, bunu İordaniya senatinin əlliliyi olan insanlarla iş üzrəKomitəsinin sədri Asiya Əbdül Mütallib Yakhi Qlobal Cənub QHTplatformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni vəədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi"mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir halda ki, QHT-lər fizikiməhdudiyyətləri olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətindəfəaliyyət göstərir və Dayanıqlı İnkişaf Məqsədləri (DİM)prinsiplərinə əsaslanırsa, bu təşkilatlara məhz əlilliyi olanşəxslər rəhbərlik etməli və onların fəaliyyətində fəal iştiraketməlidirlər.
“QHT-lərin yerli ictimaiyyətlərin tələblərini müəyyənləşdirməsivə yerində aparılan tədqiqatlar və ictimai-sorğular əsasında həmintələblərə cabab verən inkişaf planları hazırlaması vacibdir.
İkinci vacib məqam – dövlət orqanları ilə tərəfdaşlığınformalaşdırılmasıdır. Üçüncüsü isə fiziki məhdudiyyətli insanlarınxidmətlərə çıxışının və xüsusilə fövqəladə hallarda (ona qədər,fövqəladə hal zamanı və ondan sonra) onların tələblərinəuyğunlaşmanın təmin edilməsidir.”, -deyə o bildirib.