Bakı. Trend:
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətləyanaşırıq.
Trend xəbərverir ki, bunu aprelin 28-də İran İslam Respublikasının PrezidentiMəsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə geniş tərkibdə görüşü zamanı deyib.
"Mən əziz qardaşım Azərbaycanın hörmətli Prezidentini, buradaolan əziz qonaqları və qardaşlarımızı yenidən salamlayıram. Çoxşadam ki, Azərbaycandayam və sizin qarşınızdayam. Ümid edirəm ki,bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslardamütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundansonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş vədemək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdədaha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədəmünasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. AliRəhbərin salamını Sizə çatdırmağı özümə borc bilirəm.
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda vəAzərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəkihüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmazhissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim buradaolmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkanyaradacaq", - o bildirib.