Cənubi və Qərbi Avropada genişmiqyaslı elektrik kəsilməsi baş verib.
Bizim.Media xəbər verir ki, İspaniya və Portuqaliyada elektrik enerjisinin verilişi dayandırılıb.
Məhdudiyyətlərə milli şəbəkəyə təsir edən Avropa elektrik şəbəkəsindəki problem səbəb olub.
Madriddə mobil internet və mobil rabitəyə giriş tamamilə bloklanıb, Madrid hava limanının və metronun işində fasilələr yaranıb. Kütləvi elektrik kəsilməsi İspaniyada qatar xidmətlərinin tam dayanmasına səbəb olub.
Barselonada yüzlərlə insan metro və qatar vaqonlarında qalıb.
İspaniya hökuməti təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Qeyd edilir ki, İspaniyanın elektrik şəbəkəsinə elektrik enerjisinin verilməsini bərpa etmək 6 ilə 10 saat arasında vaxt aparacaq.
Bizim.Media