Türkiyədə xəstəxanalarının birində xəstənin qohumu tibb bacısı dava edib.
News24.az xəbər verir ki, hadisə Bilecik şəhərində baş verib.
Kişi uşağını müalicə üçün apardığı xəstəxanada növbətçi tibb bacısı ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb. Mübahisə sonrası polis qrupları xəstəxanaya gəlib.
Sosial mediada yayılan görüntülərdən sonra o, polis tərəfindən saxlanılıb. Polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılan şəxs tibb bacısı ilə bir-birindən şikayət etdiklərini bildirib.
Hadisə ilə bağlı araşdırma gedir./Medianews.az