AZ

İranın IRNA xəbər agentliyi Trend BİA-nın Pezeşkianın Bakı səfəri ilə bağlı analitik məqaləsini dərc edib

Bakı. Trend:

İran İslam Respublikasının informasiya agentliyi (İRNA) Trend agentliyinin Prezident Məsud Pezeşkianın Bakıyasəfərinə həsr olunmuş məqaləsini dərc edib.

IRNA İranın ən qədim və nüfuzlu media orqanlarındanbiridir. 1934-cü ildə təsis edilmiş agentlik İran və Yaxın Şərqədair xəbər reportajları və analitik materiallar hazırlayaraqmüxtəlif dillərdə təqdim edir.

"Prezident Pezeşkianın Azərbaycana səfəri İranın regionaldiplomatiyasında yeni mərhələnin başlanğıcını qoyur və TehranlaBakı arasında iqtisadi münasibətlərin artan strateji əhəmiyyətinivurğulayır", – IRNA Trend agentliyinin materialından sitatgətirir.

"Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri İranın regionalsiyasətində yeni mərhələnin başlanğıcı hesab olunur. Tehranın Bakıilə münasibətləri daha da möhkəmləndirmək istəyi yalnız iqtisadimaraqlarla deyil, həm də beynəlxalq sanksiyalar şəraitində xariciiqtisadi əlaqələri genişləndirmək zərurəti ilə izah olunur", - deyəIRNA Trend agentliyinin məqaləsindən sitat gətirir.

Məqalədə eyni zamanda, İranın ticarət maneələrini aradanqaldırmaq istiqamətində fəal işlər görməsi və Azərbaycanlaəməkdaşlıqda artımın nəzərə çarpması qeyd olunur.

“Gözlənilən səfər çərçivəsində İranın özəl sektorunun 100-dənçox nümayəndəsinin iştirakı nəzərdə tutulur ki, bu da Tehranınşəxsi biznesi ikitərəfli əməkdaşlığın əsas dayaqlarından birinəçevirmək istəyini göstərir”-sitatda bildirilir.

Bundan əlavə, enerji sahəsində əməkdaşlıq iki ölkə arasındastrateji tərəfdaşlığın əsas dayaqlarından biri olaraq qalır.“2024-cü ilin mayında Xudafərin SES və Araz çayı üzərindəkiQız-Qalası su elektrik stansiyası istifadəyə verilib. Bu layihələrhər iki ölkədə 400 min hektardan çox ərazinin suvarılmasını təminedəcək və 280 MVt gücündə elektrik enerjisi istehsalı iləsərhədyanı rayonların enerji təhlükəsizliyinə mühüm töhfəverəcək.

Nəqliyyat infrastrukturunun inkişafı da ikitərəfli əməkdaşlığınəsas istiqamətlərindəndir. Azərbaycan və İran Hindistan, İran,Azərbaycan, Rusiya və Avropanı birləşdirən beynəlxalq Şimal-Cənubnəqliyyat dəhlizində fəal əməkdaşlıq edirlər. 2025-ci ildə başaçatdırılması planlaşdırılan Rəşt-Astara dəmir yolu və Astaraçayüzərində yeni avtomobil və dəmir yolu körpülərinin istifadəyəverilməsi yükdaşımaların effektivliyini xeyli artıracaq”, -məqalədə qeyd edilir.

Həmçinin qeyd edilir ki, ikitərəfli münasibətləringücləndirilməsi yeni regional iqtisadi nizamın formalaşdırılmasıüçün bir əsas ola bilər.

“Səmərəli ikitərəfli münasibətlərin dərinləşməsi təkcə CənubiQafqazda deyil, daha geniş regionda da yeni iqtisadi nizamınformalaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın və stratejitəşəbbüslərin gələcək inkişafına zəmin yarada bilər” – məqalədəqeyd edilir.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr