AZ

Azərbaycan ABŞ şirkəti ilə birlikdə Milli Məkan Məlumatları İnfrastrukturu quracaq

Anlaşma Memorandumu iqtisadiyyat nazirinin birinci müvini Elnur Əliyev “Environmental Systems Research Institute” (ESRI) şirkətinin vitse prezidenti Sohail Elabdla görüş çərçivəsində imzalanıb.

İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin “Environmental Systems Research Institute” (ESRİ) şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Operativ Media-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Anlaşma Memorandumu iqtisadiyyat nazirinin birinci müvini Elnur Əliyev “Environmental Systems Research Institute” (ESRI) şirkətinin vitse prezidenti Sohail Elabdla görüş çərçivəsində imzalanıb.

Sənədin icrası Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək.

Görüşdə Azərbaycan və ESRI arasında əməkdaşlıq çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üçün beynəlxalq praktikada tətbiq edilən təcrübələr, məkan məlumatlarının idarə edilməsi prosedurları və standartları ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
10
1
operativmedia.az

4Mənbələr