İspaniya və Portuqaliyanın böyük hissəsində sakinlər elektrik enerjisinin verilişində geniş fasilələrlə üzləşiblər.
Bu barədə ölkə hökumətinin bəyanatına istinadən "Bloomberg" agentliyi məlumat yayıb .
Qəza Madrid, Barselona və Lissabonun bir hissəsində ictimai nəqliyyat, elektrik xətləri və telefon xidmətlərinə təsir göstərib. Bundan başqa, Madrid metrosu da boşaldılıb. Böyük şəhərlərin küçələrinin tez bir zamanda yerli sakinlərlə dolduğu qeyd edilir.
Hökumət sözçüsü bildirib ki, İspaniyanın Kanar və Balear adaları elektrik kəsilməsindən təsirlənmir.