AZ

Çempionlar Liqası: Yarımfinalın ilk oyunlarının hakimləri açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İngiltərənin “Arsenal” komandası ilə Fransa çempionu PSJ arasındakı ilk matçı sloveniyalı Slavko Vinçiç idarə edəcək. Ona Tomas Klançnik, Andraz Kovaçiç və Matey Yuq köməklik edəcəklər. Alen Boroşak (Sloveniya) VAR, Dennis Hiqler (Niderland) isə AVAR hakimi olacaq.

“Barselona” (İspaniya) – “İnter” (İtaliya) görüşünü isə Fransadan olan Kleman Turpen idarə edəcək. Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj kömək edəcəklər. Villi Delajod və Fransua Leteksye bu oyunda VAR-a cavabdeh olacaqlar.

Xatırladaq ki, “Arsenal” – PSJ matçı aprelin 29-da, “Barselona” – “İnter” oyunu isə aprelin 30-da keçiriləcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün qalibi mayın 31-də Münhendəki “Alyans Arena”da təşkil olunacaq final görüşündə aydınlıq gələcək.

Seçilən
6
50
arena.az

10Mənbələr