AZ

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının növbədənkənar qurultayı keçiriləcək

Tbilisi, 28 aprel, AZƏRTAC

Mayın 3-də hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının növbədənkənar qurultayı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski məlumat verib. Onun sözlərinə görə, qurultayda təşkilati məsələlərə baxılacaq, partiyanın yeni sədri seçiləcək.

Bundan başqa, qurultayda oktyabrın 5-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq barədə də məsələ müzakirə olunacaq.

G. Volski partiya sədrliyinə namizədlə bağlı partiyada yekdil fikrin olduğunu söyləsə də yeni sədrin adını açıqlamayıb. .

Qeyd edək ki, “Gürcü Arzusu”nın sonuncu qurultayı 2024-cü ilin fevralında keçirilmişdi və həmin qurultayda sabiq baş nazir İrakli Qaribaşvili sədr seçilmişdi.

Cari il aprelin 25-də İ. Qaribaşvili vəzifəsinsən istefa verib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
2
azertag.az

1Mənbələr