AZ

Uçan avtomobil havada ikən xarab oldu

Yaponiyanın Osaka şəhərində keçirilən EXPO-2025 beynəlxalq sərgisində "uçan avtomobillər"in nümayişi zamanı insident baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Kyodo News" yazır.

Məlumata görə, avtomobilin 18 pərvanəsindən biri uçuş zamanı, 10 m hündürlükdə sıradan çıxıb. Bundan sonra onun mühərrikini örtən plastik örtüklər yerə düşüb.

Nə pilot, nə də tamaşaçılardan xəsarət alan olmayıb.

Qeyd edək ki, Osakadakı sərgi oktyabrın 13-dək davam edəcək. Sərgidə 158 ölkə və regiondan, 7 beynəlxalq təşkilatdan nümayəndələr iştirak edir. Tədbirə 28,2 milyon ziyarətçinin gəlməsi gözlənilir.(oxu.az)

Seçilən
3
avtosfer.az

1Mənbələr