"Mançester Siti"nin qapıçısı Edersonun yayda komandadan ayrılacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, braziliyalı çərçivə qoruyucusu ilə Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Ederson 2017-ci ildən "şəhərlilər"də çıxış edir. O, "Mançester Siti"nin heyətində ümumilikdə 365 oyuna çıxıb.