AZ

İspaniya Nazirlər Kabineti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

İspaniya hökuməti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “El Mundo” qəzeti yazıb.

Daha əvvəl bu gün İspaniya ərazisinin demək olar ki, yarısında, o cümlədən Valensiya, Madrid, Barselona və Sevilyada elektrik enerjisi verilişinin dayandırıldığı bildirilmişdi.

Portuqaliya və İspaniyada elektrik enerjisinin verilişində fasilələr yerli vaxtla saat 12:20 radələrində başlayıb. Portuqaliyanın Lissabon şəhərində hava limanı fəaliyyətini dayandırıb. İspaniyanın Milli Kibertəhlükəsizlik İnstitutu kiberhücum versiyasını yoxlayır.

Portuqaliya hökuməti elektrik enerjisinin kəsilməsinin monitorinqini izləmək üçün işçi qrupu yaradıb. Portuqaliyanın ərazi inkişafı naziri Manuel Kastro Almeyda ölkədə genişmiqyaslı elektrik kəsintisinin mümkün səbəbinin kiberhücum olduğunu bildirib.

Seçilən
3
report.az

1Mənbələr