AZ

Siyasi rəhbərlik gələcəkdə Azərbaycanın qüdrətli və güclü bir dövlət olması üçün zəruri addımları atır



Ölkə başçımız, cənab Prezidentin xarici səfərləri, o cümlədən xarici ölkə başçılarının ölkəmizə səfərləri beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Bu qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərin mahiyyətinə nəzər saldıqda, dövlət maraqlarımızın hazırkı dünya nizamına təsir imkanlarına malik ölkələrin siyasi yanaşma nəzəriyyəsində, eləcə də strateji münasibətlər və əlaqələr sahəsində kifayət qədər dinamik inkişaf və status baxımından mövqe möhkəmlənməsinə nail olduğumuz görünür.
Bu, diplomatiyada dövlət maraqlarının qorunması, maraqların uzlaşdırılması və siyasi dividentlər qazanmaq məqsədilə ölkəni təmsil edən şəxsin diplomatik uğurlarının nəticəsidir.
Hər halda, bir neçə il əvvəlki Azərbaycanla indiki Azərbaycanı müqayisə etdikdə açıq-aşkar görə bilirik ki, dövlətimiz həm regionda, həm də regiondan kənar qüvvələr nisbətində gələcək təminatının fundamental əsaslarını uğurla möhkəmləndirmişdir.
Son səfərlə bağlı cənab Prezidentin Çində xüsusi qarşılanma mərasimi, həm dünya siyasətinə, həm iqtisadiyyatına, həm də vətəndaşlarımızın iqtisadi durumuna təsir edən mühüm sənədlərin imzalanması və danışıqların reallaşdırılması baxımından çox əhəmiyyətli idi.
Bu gün İran Prezidentinin ölkəmizə səfəri isə bizim üçün aydın olan yeni dünya nizamının diktə etdiyi reallıqlara uyğun olaraq, qonşuluq siyasətinə və çoxillik ortaq dəyərlərə sadiqlik nümayiş etdirərək regionda davamlı siyasi inkişafın, iqtisadi sabitliyin və dayanıqlı maraqlarımızın təminatının əsasını qoymaq üçün yaranan imkanlardan maksimum istifadə etmək baxımından kifayət qədər əhəmiyyətli səbəblər ortaya qoyur.
Bu gün dünya ağıl, zəka və düşüncə dünyasıdır. Biz böyük düşüncəyə malik bir diplomatiya ilə regionda yeni reallıqlar yaratdıq və bunun davamı olaraq, dünyanın zəkalı liderləri yeni qüvvələr balansında mütləq bu siyasi taktikalardan istifadə etməlidirlər.
Ölkəmizdə siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişafın təşviqi, milli təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin və mövqeyin qorunması, idarəetmədə şəffaflığın təmin olunması, milli ideologiyanın gücləndirilməsi və digər dövlət maraqları bu idarəçiliyin prioritet vəzifələrindəndir. Siyasi rəhbərlik gələcəkdə Azərbaycanın qüdrətli və güclü bir dövlət olması üçün zəruri addımları atır. Bizim işimiz əsas vəzifəmiz isə bu prosesdə iştirak etmək və dövlətimizə layiqincə xidmət göstərməkdir.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Seçilən
6
newscenter.az

1Mənbələr