Bakı. Trend:
Avtomobilindəki yükün dağılmasının qarşısını alan şəxsiavtomobil vurub öldürdü.
Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.
Bildirilib ki, ötən gün saat 18:00 radələrində Ağcabədi rayonsakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minikavtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən,yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsinisol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.
"Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalıavtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindəndağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub vədayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisəyerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarətalıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciətedərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınmasıqaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləqzəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitindəhərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır!",-məlumatda qeyd edilib