AZ

Bakıda güclü külək ağacın kökünü zədələdi - "Hər an aşa bilər" - VİDEO

Bakı şəhəri, 20-ci sahə qəsəbəsində güclü külək ağacın kökünü zədələyib.
 
Moderator.az Oxu.az-a istinadənxəbər verir ki, sosial media istifadəçiləri tərəfindən paylaşılan görüntüdə ağacın aşma təhlükəsi olduğu müşahidə edilir.
 
Vətəndaşlar ağacın hər an aşa biləcəyini söyləyiblər.
 
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ağacın kök sistemi əsən güclü külək nəticəsində zədələnib. Birliyin mütəxəssisləri tərəfindən ağaca baxış keçiriləcək və zəruri olduğu halda aidiyyəti üzrə müraciət ediləcək.
 
Sözügedən görüntünü təqdim edirik:

 

Seçilən
7
2
moderator.az

3Mənbələr