AZ

Rusiya Avropa ilə sərhədə qoşun toplayır

Hazırda bütün diqqət Ukraynadakı müharibəyə yönəldilsə də, bəzi Avropa ölkələri Rusiyanın Avropa ilə sərhədlərinin digər hissələrində hərbi fəaliyyətindən getdikcə daha çox narahat olurlar.

“The Wall Street Journal” yazır ki, Finlandiya ilə sərhəd yaxınlığında, Rusiyanın Petrozavodsk şəhərində rus hərbi mühəndisləri Kremlin yaxın bir neçə il ərzində on minlərlə hərbçiyə nəzarət etmək üçün yeni ordu qərargahı yaratmağı planlaşdırır. Qəzet yazır: “Qərb hərbi və kəşfiyyat rəsmilərinin fikrincə, Ukraynada cəbhə xəttində xidmət edən bu əsgərlər NATO ilə toqquşmağa hazırlaşarkən Rusiya ordusunun onurğa sütununu təşkil edəcəklər. Kreml hərbçilərin cəlb edilməsini genişləndirir, silah istehsalını artırır və sərhəd bölgələrində dəmiryol xətlərini yeniləyir”.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rusiyanın Ukraynadan kənarda hər hansı ambisiyaya malik olması ilə bağlı narahatlıqların şişirdilmiş olduğunu bildirib. Bununla belə, hərbi ekspertlər Finlandiya ilə sərhəddə aktivliyi Kremlin NATO ilə potensial münaqişəyə hazırlığının tərkib hissəsi kimi səciyyələndirirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr