AZ

Milli Məclisin sədri İranın İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaİran İslam Respublikası İslam Şurası Məclisinin sədri BaqerQalibafa başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəkiŞəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanlarınhəlak olması və yaralanması ilə əlaqədar kədərləndiyinibildirib.

Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə,həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına özadından və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarıadından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdanrəhmət diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Məqalədə:
Seçilən
2
23
az.trend.az

10Mənbələr