AZ

Universitetdə atışma: Ölən və yaralananlar var

ABŞ-ın Şimali Karolina ştatındakı Elizabeth City Dövlət Universitetində atışma baş verib.

News24.az xəbər verir ki, baş verən atışmada 1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb. Hücum universitetdə bir həftədir davam edən Vikinq festivalı çərçivəsində keçirilən tədbirdən sonra baş verib.

Hücum zamanı ölən şəxsin tələbə olmadığı və 24 yaşında olduğu bildirilib.

Qeyd edək ki, universitet, ehtiyat tədbiri olaraq kampusda polis patrullarının artırıldığını açıqlayıb.

Günel Məlikzadə

Seçilən
5
news24.az

1Mənbələr