AZ

Andrade qalır, Buntiç gedir

“Qarabağ” artıq növbəti mövsüm üçün heyətini qurmağa başlayıb.

Bizim.Media xəbər verir ki, klub bəzi legionerlərlə vidalaşmağı düşünür ki, onların arasında Fabian Buntiç də var.

Xorvatiyalı qolkiperin oyunu məşqçilər korpusunu razı salmır və onunla müqavilə uzadılmayacaq.

Ən yaxşı halda Buntiç başqa kluba icarəyə veriləcək. Patrik Andradenin də müqaviləsi yayda başa çatır. Ağdam klubu kabo verdeli yarımmüdafiəçi ilə razılıq əldə edib və onunla yeni 1 illik müqavilə imzalanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media 

Seçilən
5
bizim.media

1Mənbələr