“Yuventus”un gənc ulduzu Kənan Yıldız sosial media hesabından üzr istəyib. 19 yaşlı türkiyəli vinger qırmızı vərəqə aldığı “Monza” matçından sonra hakimlə şiddətli mübahisə etmişdi.
Yenisabah.az xəbər verir ki, oyundan sonra öz “İnstagram” səhifəsindən dərc etdiyi paylaşımda italiyalı hakimlərə və “Yuventus” azarkeşlərinə üzrxahlıq edib. Onun bu addımı “qoca sinyora” azarkeşləri tərəfindən rəğbətlə qarşılanıb.
Kənan Yıldız bu mövsüm “Yuventus”un heyətində çıxdığı 33 oyunda 6 qol 2 assistlə yadda qalıb. “Yuventus” azarkeşləri onu komandanın “yeni Del Pierosu” adlandırır.
Telegram kanalımız