İngiltərənin "Mançester Yunayted" klubunun meneceri Ruben Amorim müdafiəçi Lyuk Şounun "Atletik Bilbao" ilə oyunda meydana çıxa biləcəyini şərh edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə portuqaliyalı çalışdırıcı klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
"O, meydanın son üçdəbirində necə oynamağı bilir, əla ötürməsi var. Buna görə də bizə Lyuk Şou lazımdır. O, yəqin ki, heyətdə ("Atletik"lə matçda) olacaq, amma əsas heyətdə olmayacaq. "Onunla diqqətli olmalıyıq"
Mayın 1-də Avropa Liqasının ilk yarımfinal oyunu keçiriləcək.
Zədə səbəbindən sıradan çıxmış Şou uzun müddətdən sonra ilk startını dünən komandasının Premyer Liqada "Bornmut"la oyununa (1:1) edib.Ümumilikdə, Şou bu mövsüm bütün turnirlərdə 6 oyun keçirib. Futbolçu heç bir qol vurmayıb və 1 sarı vərəqə alıb.