BAKI, 28 aprel. TELEQRAF
Bu ilin mart ayında Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsinin ümumi həcmi 157 milyon 172.83 min ABŞ dollarına bərabər olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmində təxminən 14.18% artım olub.
Teleqraf bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, Azərbaycandan İrana ixrac 4 milyon 938.34 min dollar (1.51 dəfə artım), İrandan Azərbaycana idxal isə 152 milyon 234.49 min dollar (1.16 dəfə artım) təşkil edib.
İrandan Azərbaycana idxal ölkənin ümumi idxalına nisbətən 2.69% paya sahibdir. İran İslam Respublikası Azərbaycanın idxal etdiyi əsas ölkələr sırasında 8-ci sıradadır.