AZ

Yaşıl iqtisadiyyata keçid yeni peşələrin yaranmasını labüd edir - Xidmət rəisi

Bakı. Trend:

Rəqəmsallaşma və süni intellektin tətbiqinin geniş vüsət alması,habelə yaşıl iqtisadiyyata keçid yeni peşələrin yaranmasını labüdedir.

Trend xəbərverir ki, bunu Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektivmüqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süniintellektin iş yerlərinə təsiri" konfransında Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək MüfəttişliyiXidmətinin rəisi Vəli Quliyev deyib.

O qeyd edib ki, bu, əməyin mühafizəsi sahəsində yeniçağırışların aktuallaşmasına səbəb olur:

"Süni intellektin yaratdığı elmi-texniki inqilab əməkməhsuldarlığının artmasına səbəb olacaq. Lakin bununla yanaşı, peşəxəstəlikləri, o cümlədən yeni növ xəstəliklərin yaranması riskləridə artacaqdır. Bu vəziyyət yeni tənzimləmə mexanizmlərininqurulmasını və risk modellərinin yenidən formalaşdırılmasını tələbedir".

"Əmək münasibətlərinin Rəqəmsallaşma sında “Əmək və məşğulluq”altsistemi (ƏMAS) mühüm rol oynayır. Qeyd edilən platformadaaparılan təkmilləşdirmələr, əmək qanunvericiliyinə edilmiş sondəyişikliklər və nəzərdə tutulan yeni layihələr əməkmünasibətlərinin, o cümlədən əməyin mühafizəsinin elektrontənzimlənməsinə və əmək qanunvericiliyinə riayət olunmasınaproaktiv nəzarətin qurulmasına geniş imkanlar yaradır.

Hazırda əmək müqavilələrinin elektron formada bağlanılması, işçivə işəgötürənlərin elektron kabinetlər vasitəsilə yazışmalarınınaparılması, əməyin mühafizəsi ilə bağlı ƏMAS-da yaradılmış texnikifunksionallıqlar, müxtəlif qurumların məlumat bazalarının ƏMAS-laqarşılıqlı inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bütün butədbirlər bəzi risklərin işəgötürənlər və aidiyyəti xidmətlərtərəfindən əvvəlcədən müəyyən olunaraq qarşısının alınmasına imkanyaradır və nəticə etibarilə işçi-işəgötürən münasibətlərini, əməyinmühafizəsini yeni bir müstəviyə çıxarır", - deyə Xidmət rəisibildirib.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

3Mənbələr