AZ

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Bakı. Trend:

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaitidələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən NuridəSeyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrəməhkəmənin növbəti prosesi keçirilib.

Trendxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim AzadMəcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsəmülki iddia qaldırılıb.

Belə ki, zərərçəkən Mənsur Qarayev Nuridə Seyidova və AynurBayramovaya qarşı 25 min 500 manat mülki iddia qaldırıb.

Məhkəmə iddianı icraata götürüb.

Daha sonra məhkəmə istintaqı yekunlaşıb və çıxışlar mərhələsibaşlayıb.

Çıxış edən dövlət ittihamçısı Fariz Rzayev təqsirləndirilənNuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il və AyselMəmmədovanın isə 8 il müddətə azadlıqdan məhrum edilməsiniistəyib.

Məhkəmənin növbəti prosesi 5 mayda davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşıdələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumatdaxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilibki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbirolaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarındansui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicəetdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə NuridəSeyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində AynurBayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiriseçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittihamirəli sürülüb.

Seçilən
4
21
az.trend.az

10Mənbələr