AZ

Ronaldinyo onunla birlikdə oynamağı arzulayırmış: Görün kimdir

Braziliyalı sabiq ulduz futbolçu Ronaldinyo birlikdə oynamaq arzusunda olduğu futbolçunun adını açıqlayıb.

Publika.az xəbər verir ki, o, "L'Equipe" nəşrinə açıqlamasında əfsanəvi Zinəddin Zidanı adını qeyd edib:

"Mən həmişə Zidana heyran olmuşam. Onunla heç vaxt oynamamışam. Zidan mükəmməl futbolçudur. İndi ona bir məşqçi kimi böyük hörmət edirəm".

Qeyd edək ki, Ronaldinyo "Barselona"da çıxış edərkən "Real"da forma geyinmiş Zidanla dəfələrlə rəqib olub. Hətta onlar Braziliya və Fransa millilərinin duellərində də üz-üzə gəliblər.

Seçilən
7
publika.az

1Mənbələr