AZ

Yeni Roma Papasının seçilməsi üçün Konklavın toplanacağı vaxt açıqlandı

Yeni Roma Papasının seçilməsi üçün Vatikanda Konklav mayın 7-də toplanacaq.
 
Bu barədə "Reuters" agentliyi mənbəyə istinadən xəbər verib.
 
Bildirilib ki, tarix Roma Papası Fransiskin dəfn mərasimindən sonra keçirilən kardinalların qapalı görüşü zamanı müəyyən edilib.
 
Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi insult və ürəyin dayanması göstərilib. O, vəsiyyətinə uyğun olaraq, Santa Mariya Maccore kilsəsində dəfn edilib. /Oxu.az/
 
Seçilən
9
moderator.az

1Mənbələr