AZ

Çingiz Qənizadəyə vəzifə verildi

BAKI, 28 aprel. TELEQRAF

Aprelin 28-də Ədliyyə Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

İclasda İctimai Şuranın fəaliyyət istiqamətləri müzakirə olunub, şuraya sədr, sədr müavini və katibin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Çingiz Qənizadə İctimai Şuranın sədri, Əmir Əliyev sədrin müavini, Mətanət Əsgərova isə şuranın katibi seçilib.

İclas çərçivəsində İctimai Şuranın iş planının müzakirəsi aparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəy və təkliflər səsləndirilib.

Seçilən
0
22
teleqraf.com

10Mənbələr