İngiltərənin "Aston Villa" klubunun hücumçusu Markus Reşford zədələnib.
Offsideplus.az xəbər verir ki, hamstrinq zədəsi yaşayan 27 yaşlı futbolçu üçün bu mövsüm başa çatıb.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Reşford iyun ayında keçiriləcək İngiltərə yığmasının oyunlarına qədər meydanlara qayıtmaq istəyir.
Əlavə edək ki, o, hazırda icarə əsasında "Aston Villa"da çıxış edir. O, müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur.