İspaniyanın böyük hissəsində və Portuqaliyanın bəzi bölgələrində elektrik enerjisinin kəsilməsi səbəbindən ictimai nəqliyyatda hərəkət dayanıb. Kəsilmətelefon xətlərinə də təsir edib.
Teleqraf xəbər verir ki,Madrid, Barselona və Lissabonda ictimai nəqliyyat, işıqfor və telefon xətləri pozulub, metroda hərəkəti dayandırılıb.
Madriddəki Barajas hava limanında elektrik olmayıb və Valensiya metrosu bütün xidmətləri dayandırdığını açıqlayıb. Madrid Açıq Tennis Turnirində də oyunlar dayandırılıb.
Madriddə işıqforların işləməməsi səbəbindən avtomobillər bir-biri ilə toqquşub, küçələrdə xaotik vəziyyət yaranıb.
İspaniyanın elektrik şəbəkəsi operatoru "Red Electrica" kəsilmənin səbəblərinin məlum olmadığını, lakin elektrik enerjisinin bərpası üçün enerji şirkətləri ilə danışıqlar aparıldığı açıqlanıb.