Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycanın cəmi regionları üzrə kreditqoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 284,8 milyon manat vəya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,8 milyard manatvə ya 15,7% artaraq 27,9 milyard manata bərabər olub.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, hesabat dövründə kredit təşkilatları tərəfindənverilən kreditlərin 76,6%-i və ya 21,3 milyard manatı Bakışəhərinin payına düşüb.
Dövr ərzində kredit qoyuluşunun ən az orta faiz dərəcəsi Bakışəhəri (12,06%), ən çox isə Dağlıq Şirvan iqtisadi rayonu (19,45%)üzrə qeydə alınıb.
Hesabat dövründə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşu481,3 milyon manat təşkil edib.
Dövr ərzində Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi isə10,4 milyon manat olub.
Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələrinitəqdim edirik:
Regionların adı | Ümumi kreditlər (min manat) | Orta % dərəcəsi | Milli valyutada olan kreditlər | Milli valyutada kreditlərin orta % dərəcəsi | Sərbəst dönərli valyutada olan kreditlər (SDV) (min manat) | Sərbəst dönərli valyutada olan kreditlərin orta % dərəcəsi |
Bakı iqtisadi rayonu | 21,348,429 | 12.06% | 17,181,368 | 13.61% | 4,167,061 | 5.63% |
Naxçıvan iqtisadi rayonu | 426,058 | 14.75% | 425,757 | 14.76% | 300 | 8.80% |
Abşeron-Xızı iqtisadi rayonu | 1,118,715 | 15.94% | 1,073,417 | 16.36% | 45,298 | 6.06% |
Dağlıq Şirvan iqtisadi rayonu | 186,710 | 19.45% | 185,989 | 19.50% | 721 | 7.69% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 828,862 | 17.27% | 811,262 | 17.53% | 17,599 | 5.20% |
Qarabağ iqtisadi rayonu | 481,340 | 19.31% | 479,906 | 19.35% | 1,434 | 5.66% |
Qazax-Tovuz iqtisadi rayonu | 527,323 | 18.72% | 523,589 | 18.92% | 7,678 | 5.59% |
Quba-Xaçmaz iqtisadi rayonu | 474,053 | 17.63% | 466,143 | 17.82% | 7,910 | 6.78% |
Lənkəran-Astara iqtisadi rayonu | 662,555 | 19.19% | 661,286 | 19.22% | 1,270 | 7.71% |
Mərkəzi Aran iqtisadi rayonu | 554,887 | 18.96% | 549,700 | 19.08% | 5,186 | 6.41% |
Mil-Muğan iqtisadi rayonu | 301,523 | 19.27% | 301,517 | 19.27% | 6 | 15.74% |
Şəki-Zaqatala iqtisadi rayonu | 516,099 | 17.58% | 474,165 | 18.55% | 41,935 | 6.63% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 10,362 | 16.46% | 9,664 | 17.22% | 698 | 6.00% |
Şirvan-Salyan iqtisadi rayonu | 436,260 | 19.04% | 422,005 | 19.46% | 14,255 | 6.34% |