Afrika qitəsində qeyri-hökumət təşkilatlarının sayında sürətli artım müşahidə olunur.
"Report" xəbər verir ki, bunu Mərakeşin Təbiət Elmləri Müəllimlərinin Assosiasiyasının prezidenti Bujemaa Belxand Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində panel müzakirəsində bildirib.
O qeyd edib ki, qitə vətəndaş cəmiyyətinin dinamik inkişafı və onun ölkələrin həyatında fəal iştirakı ilə fərqlənir:
"Bizim istifadə olunmamış çoxsaylı imkanlarımız var və getdikcə daha çox mütəxəssis, o cümlədən həkimlər təhsil, ətraf mühitin qorunması, bərabərliyin təmin edilməsi kimi sahələr ətrafında birləşməyə çalışırlar. Bizim məqsədimiz bütün bu istiqamətlərdə iştirak etməkdir. QHT-lər cəmiyyətlə sıx əlaqədə işləyərək və yerli ehtiyacları daha yaxşı başa düşərək, mövcud problemlərin həlli üçün ən yaradıcı və innovativ yollar tapırlar".