Donald Trampın həyat yoldaşı Melaniya Trampın Papa Fransiskin dəfn mərasimində iştirakı sosial mediada böyük səs-küyə səbəb olub.
Publika.az xəbər verir ki, sosial media istifadəçiləri Melaniya Trampın dublyordan istifadə etdiyini iddia ediblər.
İstifadəçilər Melaniyanın mərasimdəki fotolarına "Bu qadın Melaniya deyil. Sadəcə gözlərinə baxın", "Melaniyanın dublyoru var. Trampla xoşbəxt evliliyi varmış kimi davranmalı olanda səhnəyə çıxır" kimi şərhlər yazıblar.
Bundan əlavə, “The Mirror”a danışan gizli mənbə Melaniya Trampın Donald Trampı sevmədiyini və onların evliliyinin yalnız maliyyə razılaşmasına əsaslandığını bildirib.