AzVision.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən xəbər verir ki, dünyanın bütün regionlarında, xüsusən də Avropa və Yaxın Şərqdə hərbi büdcələr artıb.
Beş ölkə - ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan - bütün xərclərin 60%-ni təşkil edərək silahlanmaya 1,635 trilyon dollar vəsait xərcləyib. Ötən il 100-dən çox ölkə hərbi xərcləri artırıb və hərbi xərclərin qlobal ÜDM-də payı 2,5%-ə çatıb.
“Hərbi xərclərin artması büdcənin digər sahələrinin hesabına baş verir ki, bu da gələcək illər üçün cəmiyyətlərə təsir edə bilər”,- SIPRI-nin tədqiqatçısı Ksyao Lyan vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta