Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə mülki iddia qaldırılıb.
Belə ki, zərərçəkən Mənsur Qarayev Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 25 min 500 manat mülki iddia qaldırıb.
Məhkəmə iddianı icraata götürüb.
Daha sonra sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.
Belə ki, sənədlərin tədqiqi zamanı telefon danışıqları dinlənilib.
Təqsirləndirilənlər Aysel Məmmədova və Nuridə Seyidova arasında telefon danışığı dinlənilib. Danışıq zamanı məlum olhb ki, Nuridə Seyidova Aysel Məmmədovaya istintaqa çağırılanda məhdud məlumat verməyi təklif edib. Həmçinin danışıq zamanı Aysel Məmmədova Mərkəzi Gömrük Hospitalının pulu ödənilməsə, Mircəlal doktor xəstəxananı ayağa qaldıracağını bildirib.
Təqsirləndirilən Nuridə Seyidova telefon danışıqlarına münasibət bildirib.
O, qeyd edib ki, məqsədi dələduzluq etmək olmayıb. Sadəcə olaraq xəstə uşaqları əməliyyat etdirmək üçün fond yaratmaq istəyib.
Məhkəmə istintaqı yekunlaşaraq çıxışlar mərhələsi başlayıb.
Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il və Aysel Məmmədovanın isə 8 il müddətə azadlıqdan məhrum etməsini istəyib və mülki iddialar təmin edilsin.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.